Teddi Riner

Teddi Riner
fr. Teddy Riner
Riner 2016-cı il Kann kinofestivalında.
Şəxsi məlumatlar
Tam adı Teddi Pyer-Mari Riner
Ləqəbləri Ayı Ted, Böyük Ted
Vətəndaşlığı Fransız
Doğum tarixi
Doğum yeri Lez-Abim, Qvadelupa, Fransa
Təhsili
Boyu 2.4 sm[1]
Çəkisi 140 kq[1]
İdman növü Cüdo
Məşqçisi Kristian Şomon, Benua Kamparq
Ağırlıq dərəcəsi + 100 kq
Komandası Pari Sen-Jermen[2]
Rəsmi saytı

Teddi Pyer-Mari Riner (fr. Teddy Pierre-Marie Riner; 7 aprel 1989[3][4][…]) — 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən fransalı cüdoçu. Üçqat olimpiya, onikiqat dünya, beşqat Avropa və dəfələrlə Fransa çempionu. Cüdo üzrə dünya çempionatları tarixində ən titullu idmançı. O, 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransa bayrağını daşıyıb.[5][6] "Pari Sen-Jermen" idman klubunun üzvüdür.[2]

Riner cüdo aləmi üçün unikal sayıla biləcək nəticəyə malikdir. Belə ki, o, 2008-ci ildən bu günədək peşəkar səviyyədə yalnız üç dəfə — 15 avqust 2008-ci ildə Pekin Olimpiadasının yarımfinalında Özbəkistanlı Abdulla Tanqriyevə, 13 sentyabr 2010-cu ildə Tokio mundialının finalında yerli Dayki Kamikavaya30 iyul 2021-ci Tokio Olimpiadasının dörddəbir finalında Tamerlan Başayevə məğlub olub.

Riner Fransa dövləti tərəfindən 2008-ci ildə "Xidmətlərə görə" ordeni ilə,[7] 2013-cü ildə isə “Fəxri legion” ordeni ilə təltif olunub.[8] 2012-ci ildə Fransada ilin idmançısı seçilib.[9]

  1. 1 2 "Teddy Riner trivia". The Telegraph. 3 September 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 August 2014.
  2. 1 2 "Teddy Riner signe au PSG et relance la section judo du club parisien !". 20 Minutes. 30/08/2017. 2020-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-30.
  3. Teddy Riner // GeneaStar.
  4. Teddy Riner // Roglo. 1997.
  5. "Reigning Olympic judo champion Teddy Riner named France's flag bearer". Nbcolympics.com. 2016-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 Oktyabr 2016.
  6. "TEDDY RINER FLAG BEARER FOR FRANCE AT THE OLYMPIC GAMES". Judoinside.com. 2016-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 Oktyabr 2016.
  7. "Непобедимый «Медвежонок Тедди»". sportarena.com. İstifadə tarixi: 14 Oktyabr 2016.
  8. "Légion d'honneur: oui pour Agnel et Riner, non à Lavillenie et Karabatic qui ne remplissent pas les conditions requises". Huffingtonpost.fr. 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 Oktyabr 2016.
  9. "Riner champion des champions France". Lequipe.fr. Archived from the original on 2022-09-15. İstifadə tarixi: 2016-10-17.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne